...

Əfqanıstanda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 25 Fevral 2026 16:11 (UTC +04:00)
Əfqanıstanda güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanda 5,4 bal gücündə güclü zəlzələ baş verib.

Trend xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə Avropa‑Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi saytında dərc olunub.

Məlumata görə, yeraltı təkanlar Moskva vaxtı ilə saat 15:12-də Tacikistanla sərhəd yaxınlığında baş verib.

Zəlzələnin episentri Əfqanıstanın Bədəxşan regionunda, Tacikistanın İşkaşim kəndindən 26 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 104 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd olunur ki, təkanlar qonşu Özbəkistan və Pakistanda da da hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti