Bakı. Trend:
2025-ci il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 345 yeni dövlət standartı qəbul edilib.
Trend bu barədə dövlət agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü il ilə müqayisədə qəbul edilən standartların sayı 48,7% artıb.
Qəbul edilmiş standartların 74-ü əməyin təhlükəsizliyi, 66-sı qida texnologiyası və kənd təsərrüfatı, 25-i insan resurslarının idarəedilməsi, 22-si informasiya və telekommunikasiya, 21-i neft-qaz, kimya və əlaqəli texnologiyalar, 16-sı ətraf mühit, 16-sı tekstil və dəri texnologiyası, 16-sı nəqliyyat, 16-sı qablaşdırma, kağız, karton, 15-i uşaq malları, 12-si energetika və elektronika, 10-u tikinti materialları, 36-sı isə digər sahələr üzrə olub.
“Yeni dövlət standartlarının sayının artması normativ bazanın yenilənməsi, keyfiyyət və təhlükəsizlik tələblərinin müasir çağırışlara uyğunlaşdırılmasının göstəricisidir”, - məlumatda qeyd edilib.
