...

Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə ediblər

Energetika Materials 25 Fevral 2026 16:51 (UTC +04:00)
Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Ukrayna Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal ilə onlayn görüşdə enerji sahəsində ikitərəfli formatda və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığa dair müzakirələr aparıldı. Davamlı əsasda göndərilən enerji avadanlıqları da daxil olmaqla humanitar yardım məsələləri nəzərdən keçirildi", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycandan Ukraynaya bir neçə dəfə humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət yük yola salınıb. Sonuncu belə yardım paketi fevralın 20-də baş tutub. Həmin yardım partiyası 31 generator və 2 avtomatik ehtiyat qoşulma sistemindən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti