...

Mərakeş millisinin baş məşqçisi istefa verdi

İdman Materials 25 Fevral 2026 21:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Mərakeş milli komandasının baş məşqçisi Valid Reqraqi vəzifəsindən ayrılıb.

Trend xəbər verir ki, 50 yaşlı mütəxəssis bununla bağlı Mərakeş Futbol Assosiasiyasına müraciət edib.

Qurum rəhbərliyi V.Reqraqi ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyub.

Təcrübəli məşqçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi ehtimal olunur.

Xatırladaq ki, Mərakeş yığması 2026-cı il dünya çempionatının qrup mərhələsində Braziliya, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti