...

Qazaxıstanda bu ölkədən ət və süd idxalı qadağan olundu

Dünya xəbərləri Materials 25 Fevral 2026 18:50 (UTC +04:00)
Qazaxıstanda bu ölkədən ət və süd idxalı qadağan olundu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəliyin yayılması fonunda Rusiyanın Ural Federal Dairəsindən (UrFO) ət və süd məhsullarının idxalını qadağan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qadağa həmçinin, Volqoqrad, Saratov, Samara və Orenburq vilayətlərindən gətirilən ət və süd məhsullarını da əhatə edir.

Sərəncamda səbəb göstərilməsə də, Rosselxoznadzor Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq nəzarəti və monitorinqi qurumunun qərarına istinad edir.

Bundan əvvəl Qazaxıstanın Baytarlıq Nəzarəti və Monitorinqi Komitəsinin rəhbəri Kazbek Taşimov bildirmişdi ki, məhdudiyyətlər Rusiyadan pasterellyoz xəstəliyinin ölkəyə gətirilməsi riskilə bağlıdır; bu xəstəliyə yoluxma halları iribuynuzlu mal-qara arasında qeydə alınıb.

O vurğulamışdı ki, bu tədbir müvəqqəti xarakter daşıyır və vəziyyət sabitləşən kimi qadağanın dərhal ləğvi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti