Bakı. Trend:
İran ABŞ ilə İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrdə aydın perspektiv görür.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün ölkənin şimalında yerləşən Mazandaran vilayətində iş adamları və investorlarla görüşündə deyib.
Onun sözlərinə görə, İran bölgədə davam edən “nə sülh, nə müharibə” prosesindən çıxmağa çalışır. Nəticə əldə olunduğu halda, qarşıda duran maneələri asanlıqla həll etmək olar.
İran prezidenti deyib ki, İranın qonşu ölkələrlə münasibətləri çox yaxşılaşıb və bu münasibətləri daha da yaxşılaşdırmağa çalışır.
Qeyd edək ki, İran və ABŞ arasında müzakirələrin 3-cü raundu 26 fevralda Cenevrədə keçiriləcək.
