...

Azərbaycanda bankların xalis mənfəətin həcmi açıqlandı

İqtisadiyyat Materials 26 Fevral 2026 11:51 (UTC +04:00)
Azərbaycanda bankların xalis mənfəətin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bank sektoru yanvar ayında 80,1 milyon manat məbləğində xalis mənfəət əldə edib.

Trend Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon manat və ya 12,8 faiz çoxdur.

Məlumata əsasən, 2026-cı ilin yanvar ayında banklar mənfəət vergisi üzrə ümumilikdə 32,5 milyon manat ödəyiblər.

Qeyd edək ki, cari ilin yanvar ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri 56,936 milyard manat təşkil edib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,845 milyard manat və ya 7,2 faiz çoxdur.

Hesabat dövründə bankların məcmu öhdəlikləri 49,529 milyard manat, balans kapitalı isə 7,407 milyard manat olub.

Beləliklə, 2026-cı ilin yanvar ayında bankların məcmu öhdəlikləri 6,7 faiz, balans kapitalı isə 10,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti