Bakı. Trend:
"Saudi Aramco" Cüayma terminalından ölkənin şərqində mayeləşdirilmiş karbohidrogen qazının ixracını dayandırıb.
Trend xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, insident fevralın 23-də baş verib. Agentliyin mənbələri bildirir ki, səbəb propan və butan kəmərlərinin keçdiyi estakadanın bir hissəsinin çökməsi olub.
"Saudi Aramco" fövqəladə hallara reaksiya planını işə salıb və yaxın bir neçə həftə üçün planlaşdırılan mayeləşdirilmiş karbohidrogen qazının tədarükünü dayandıracağını açıqlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və qaz sızması qeydə alınmayıb.
