...

Britaniyada Ukraynanın ilk pilotsuz uçuş aparatı zavodu fəaliyyətə başladı

Dünya xəbərləri Materials 26 Fevral 2026 17:40 (UTC +04:00)
Britaniyada Ukraynanın ilk pilotsuz uçuş aparatı zavodu fəaliyyətə başladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın Suffolk qraflığında Ukraynanın ilk pilotsuz uçuş aparatı (PUA) istehsalı zavodu fəaliyyətə başlayıb.

Trend bu barədə Britaniya KİV-ə istinadən xəbər verir.

Ukraynanın “Ukrspecsystems” şirkəti Mildenhall və Elmsett ərazilərində yerləşən obyektlərə 200 milyon funt sterlinq sərmayə yatırıb. Britaniyanın müdafiə hazırlığı və sənaye üzrə naziri Luke Pollard bildirib ki, bu investisiya iki ölkə arasında müdafiə əməkdaşlığını daha da dərinləşdirir.

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı isə qeyd edib ki, Böyük Britaniyada zavodun yaradılması strateji baxımdan məntiqlidir ,istehsalın fasiləsizliyini təmin edir:

“Bu, ağırlıq mərkəzinin Ukraynadan uzaqlaşdırılması demək deyil. Bu, birgə imkanlarımızın genişləndirilməsi və istehsalın davamlılığını təmin edən ikinci müdafiə xəttinin yaradılmasıdır”.

Qeyd edək ki, Böyük Britaniya daha əvvəl Ukraynada yerləşən Ukrspecsystems zavodlarından 80-dən çox “SHARK” və “Mini-SHARK” pilotsuz uçuş aparatı sifariş edib və müəssisənin açılışını iki ölkə arasında 100 illik tərəfdaşlığın “aydın nümayişi” kimi qiymətləndirib.

2014-cü ildə təsis edilmiş şirkət müxtəlif növ pilotsuz uçuş aparatları istehsal edir. Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, bu dronlar 2022-ci ilin fevralından etibarən Rusiyaya təxminən 3 milyard ABŞ dolları (2,6 milyard funt sterlinq) həcmində ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti