...

Ronaldo bu tanınmış klubun bir hissəsinə sahib olub

İdman Materials 26 Fevral 2026 14:58 (UTC +04:00)
Ronaldo bu tanınmış klubun bir hissəsinə sahib olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo İspaniya çempionatının ikinci divizionunda çıxış edən "Almeriya" futbol klubunun 25% səhmlərinin sahibinə çevrilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Uzun illərdir ki, futbol sahəsində yalnız meydanda deyil, eyni zamanda ümumilikdə futbola töhfə verməyi arzulamışam. "Almeriya" möhkəm əsaslara malik, inkişaf potensialı açıq-aşkar olan İspaniya klubudur. Mən klubun rəhbərliyi ilə birlikdə işləyərək onun növbəti inkişaf mərhələsini dəstəkləməyi səbirsizliklə gözləyirəm”, - Ronaldo vurğulayıb.

Ronaldo hazırda 41 yaşındadır, beş dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi, milli komandaların, Avropa çempionatlarının, Çempionlar Liqasının və klub üzrə dünya çempionatlarının tarixində ən yaxşı bombardirdir.

Portuqaliyalı futbolçu beş dəfə “Qızıl Top” mükafatına layiq görülüb. 2022-ci ilin dekabrında Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.

Karyerası ərzində o, həmçinin Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti