...

Braziliyada daşqınlarda ölənlərin sayı 40-a çatdı

Dünya xəbərləri Materials 26 Fevral 2026 02:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 40-a yüksəlib, onlarla insan hələ də itkin düşmüş hesab olunur.

Trend xəbər verir ki, bu barədə yanğınsöndürmə-xilasetmə xidməti məlumat yayıb.

“Məlumata görə, Minas-Jerays ştatında leysan yağışlar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, daşqınlar və torpaq sürüşmələri Juis-di-Fora və Uba şəhərlərində təxminən 3 600 nəfərin təxliyə edilməsinə səbəb olub, 27 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, daha əvvəl Braziliyadakı leysanlar nəticəsində 30 nəfərin öldüyü, daha 39 sakinin isə itkin düşdüyü bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti