...

Kuba sularında atəışma baş verdi

Dünya xəbərləri Materials 26 Fevral 2026 02:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kuba sularına girən Amerika qeydiyyatlı qayıq atəş açıb, nəticədə ölən və yaralananlar var.

Trend xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilib: “25 fevral 2026-cı il tarixində səhər saatlarında ABŞ-nin Florida ştatında qeydiyyatdan keçmiş FL7726SH nömrəli sürətli qayıq El Pino kanalı yaxınlığında aşkar edilib. Beş nəfərdən ibarət Kuba Daxili İşlər Nazirliyinin sərhəd patrul qayığı şəxsiyyəti müəyyən etmək üçün yaxınlaşdıqda, qayıq Kuba hərbçilərinə atəş açıb. Nəticədə Kuba gəmisinin komandiri yaralanıb, dörd xarici hücumçu ölüb, altısı isə yaralanıb.”

Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, əks atəş nəticəsində yaralananlar təxliyə edilib və onlara tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti