...

Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə ediblər

İqtisadiyyat Materials 26 Fevral 2026 15:00 (UTC +04:00)
Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Gürcüstan – Azərbaycan – Türkiyə biznes forumunda ölkələrimiz arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanlarını dəyərləndirdik. Regional bağlantıların gücləndirilməsi üçün strateji imkanları vurğulayaraq, enerji resurslarından effektiv istifadənin, Orta Dəhlizin potensialının reallaşdırılmasının, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsinin, ölkələrimizin ixrac imkanlarının artırılmasının və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmini qeyd etdik. Fəaliyyətimizin prioritet istiqamətlərindən olan təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti