...

Asiya İnkişaf Bankı təcrübə proqramına müraciətlərin qəbulunu elan etdi

Cəmiyyət Materials 26 Fevral 2026 14:47 (UTC +04:00)
Asiya İnkişaf Bankı təcrübə proqramına müraciətlərin qəbulunu elan etdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Asiya İnkişaf Bankı 2026-cı il üzrə təcrübə proqramına müraciətlərin qəbulunu elan edib.

Trend xəbər verir ki, müraciət üçün son tarix 16 martdır.

Təcrübə proqramı iyunda start götürəcək və müddəti 8-12 həftə olacaq və Filippinin paytaxtı Manilada keçiriləcək.

Bu proqrama banka üzv ölkələrin vətəndaşları, təcrübə proqramı dövründə banka üzv hər hansı ölkədə magistr və ya aspirantura təhsilinə davam edən tələbələr, ingilis dilini mükəmməl səviyyədə bilənlər və təhsil sahəsi bankın fəaliyyət istiqamətləri ilə uyğun olanlar müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti