...

5 il ərzində məxfi silahlar yaradacağıq – Kim Çen Inn

Dünya xəbərləri Materials 26 Fevral 2026 13:31 (UTC +04:00)
5 il ərzində məxfi silahlar yaradacağıq – Kim Çen Inn
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdakı beş il ərzində Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni məxfi silah növlərinin, o cümlədən anti-peyk sistemlərinin yaradılması və tətbiqi üzərində işləyəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen Inn ölkənin paytaxtında Koreya Əmək Partiyasının IX qurultayında çıxışı zamanı bildirib.

“Yeni beşillik plan müddətində KXDR silahlı qüvvələrinin hərbi-texniki gücünü dünyada ən yüksək səviyyəyə qaldırmaq məqsədilə partiyanın Mərkəzi Hərbi Komissiyası ordumuzun silahlanmasına yeni məxfi silahların, xüsusi strateji silahların qəbul edilməsi üzrə ən mühüm vəzifələri irəli sürüb, müvafiq sahələrdə hazırlanmış milli müdafiənin inkişafına dair yeni planları ciddi şəkildə nəzərdən keçirib və perspektiv planları inam və məsuliyyətlə təsdiqləyib”,- Kim Çen Inn qeyd edib.

O dəqiqləşdirib ki, bu planlara quru və sualtı bazalanmaya malik qitələrarası ballistik raket kompleksləri, süni intellekt texnologiyalı pilotsuz zərbəçi sistemlər, müharibə zamanı düşmən dövlətlərin peyklərinə zərbə endirmək üçün xüsusi silahlar, radioelektron mübarizə sistemləri və müasir kəşfiyyat peykləri daxil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti