...

Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb

Dünya xəbərləri Materials 26 Fevral 2026 14:00 (UTC +04:00)
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşin səthindən ləkələr yoxa çıxmaqda davam edir. Yaxın illərdə onların əmələ gəlməsi təsadüfi xarakter daşıyacaq, buna görə də ulduzun aktivliyini proqnozlaşdırmaq mümkün olmayacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçev bildirib.

Alimin sözlərinə görə, hazırda Günəş aktivliyi ümumi tsiklin zəifləməsi səbəbindən parçalanma mərhələsinə daxil olur.

“Əslində, artıq fasiləsiz aktivlik müşahidə olunmur”, - deyə o bildirib.

Xatırladaq ki, fevralın 22-də Günəşin səthindən 2021-ci ildən bəri ilk dəfə olaraq beş ləkə yoxa çıxıb. Alimlər izah edir ki, ləkələrin yoxluğu adətən minimal günəş aktivliyi fazası ilə əlaqədar olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti