Bakı. Trend:
"Wu-Tang Clan"ın prodüseri və həmtəsisçisi Oliver Qrant 52 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə qrupun X səhifəsində paylaşım edilib.
“Rahat yat, Power”, - deyə paylaşımda bildirilib.
Oliver Grant 1992-ci ildə qrup yarandığı gündən etibarən Wu-Tang Clan ilə işləyib. O, kollektivin yeddi albomunun hamısında icraçı prodüser kimi fəaliyyət göstərib.
1995-ci ildə o, “Wu Wear” geyim brendini təsis edib və daha sonra Nike və Nyu-Yorkda yerləşən geyim istehsalçıları ilə əməkdaşlıq edib.
