...

Şəmkirdə avtomobillər toqquşdu - sürücü öldü

Hadisə Materials 26 Fevral 2026 09:04 (UTC +04:00)
Şəmkirdə avtomobillər toqquşdu - sürücü öldü
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şəmkirdə iki avtomobil toqquşub.

Trend-in məlumatına görə, hadisə fevralın 24 saat 16 radələrində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Fəxrəddin idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində ötmə əməliyyatı edərək əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn 1976-cı il təvəllüdlü Mustafayev Kamil İbrahim oğlunun idarə etdiyi “Mitsubishi L200” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sürücü F.Məmmədov Şəmkir RMX-da ölüb, VAZ 2106 markalı avtomobildə sərnişin qismində olan 1963-cü il təvəllüdlü Natella Səlimova isə xəsarət alıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti