Bakı.Trend:
Kürdəmirdə piyada ölümü ilə nəticələnən qəza baş verib.
Trend-in məlumatına görə, hadisə fevralın 25-i saat 12:30 radələrində baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Müşfiq Nəsirov idarə etdiyi “Man” markalı avtomobili ilə Kürdəmir şəhəri ərazisində yolun solundan sağına doğru avtomobilin qarşısı ilə keçmək istəyən piyada 1949-cu il təvəllüdlü Teyyub Əliyevi vuraraq yol-nəqliyyat hadisəsi törədib.
Hadisə nəticəsində T.Əliyev Kürdəmir rayon xəstəxanasında vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.
