...

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Almaniyaya səfər etdi

Siyasət Materials 26 Fevral 2026 08:43 (UTC +04:00)
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Almaniyaya səfər etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib.

Trend xəbər verir ki, X.Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq) və Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və təşəbbüsləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti