...

UEFA Konfrans Liqasında son 1/8 finalçılar müəyyənləşir

İdman Materials 26 Fevral 2026 08:50 (UTC +04:00)
UEFA Konfrans Liqasında son 1/8 finalçılar müəyyənləşir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinə yüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.

Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də dörd matç keçiriləcək.

Belə ki, "Fiorentina" "Yaqellaniya" ilə, "Riyeka" "Omoniya" ilə, "Samsunspor" "Şkendiya" ilə, "Çelye" isə "Drita" ilə qarşılaşacaq.

Digər dörd oyun Bakı vaxtı ilə gecəyarısı start götürəcək. "Kristal Palas" "Zrinski"ni, "AZ Alkmar" "Noah"ı, "Lex" "Kuopion"u, "Lozanna Sports" isə "Siqma"nı qəbul edəcək.

Xatırladaq ki, "Strasbur" (Fransa), "Rakuv" (Polşa), "AEK Afina" (Yunanıstan), "Sparta Praqa" (Çexiya), "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Maynz" (Almaniya) və "AEK Larnaka" (Kipr) liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.

26 fevral

21:45. "Fiorentina" - "Yaqellaniya"

21:45. "Riyeka" - "Omoniya"

21:45. "Samsunspor" - "Şkendiya"

21:45. "Çelye" - "Drita".

27 fevral

00:00. "Kristal Palas" - "Zrinski"

00:00. "AZ Alkmar" - "Noah"

00:00. "Lex" - "Kuopion"

00:00. "Lozanna Sports" - "Siqma"

Xəbər lenti

Xəbər lenti