...

ABŞ-nin yeni tarif siyasəti Aİ mallarına əlavə rüsum riski yaradır

Dünya xəbərləri Materials 26 Fevral 2026 07:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyasının yeni tarif siyasəti Avropa İttifaqı ölkələrindən gələn ümumi dəyəri 4,2 milyard avro (5 milyard dollar) olan malların tərəflərin ötən il razılaşdırdığı 15 faizlik həddi aşan idxal rüsumları ilə üzləşməsinə səbəb ola bilər.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ-nin yeni ticarət siyasəti reallaşarsa, kənd təsərrüfatı məhsullarının bir hissəsi (o cümlədən pendir və kərə yağı), plastik məmulatlar, parçalar və kimyəvi maddələr tariflər üzrə müəyyən edilmiş “tavan” həddini keçəcək.

Agentlik Avropa Komissiyasının sözçüsü Olof Cillə istinadən qeyd edib ki, rüsumların yuxarı həddi Aİ ixracatının təxminən 7 faizi üçün keçilə bilər.

Bu həftənin əvvəlində Avropa Parlamenti ABŞ ilə tariflər barədə sazişin ratifikasiyasını təxirə salıb. Həmin saziş Aİ-nin birtərəfli qaydada ABŞ-yə 15 faiz məbləğində ticarət rüsumları ödəmək öhdəliyini təsbit edir.

Xəbər lenti

Xəbər lenti