...

1/8 final mərhələsinə yüksələn bütün komandaların adına aydınlıq gətiriləcək - UEFA Avropa Liqası

İdman Materials 26 Fevral 2026 09:00 (UTC +04:00)
1/8 final mərhələsinə yüksələn bütün komandaların adına aydınlıq gətiriləcək - UEFA Avropa Liqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə yüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.

Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də dörd görüş keçiriləcək.

Belə ki, "Srvena Zvezda" klubu "Lill" ilə, "Ferentsvaroş" klubu "Ludoqorets" ilə, "Viktoriya Plzen" klubu "Panatinaikos" ilə, "Ştutqart" isə "Seltik" klubu ilə üz-üzə gələcək.

Digər dörd görüş Bakı vaxtı ilə gecəyarısı start götürəcək. "Bolonya" klubu "Brann"ı, "Selta Viqo" klubu "PAOK"u, "Genk" klubu "Dinamo Zaqreb"i, "Nottingem Forest" isə "Fənərbağça"nı qəbul edəcək.

Xatırladaq ki, "Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyuland" (Danimarka), "Real Betis" (İspaniya), "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Frayburq" (Almaniya) və "Roma" (İtaliya) liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.

26 fevral

21:45. "Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa);

21:45. "Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan);

21:45. "Viktoriya Plzen" (Çexiya) - "Panatinaikos" (Yunanıstan);

21:45. "Ştutqart" (Almaniya) - "Seltik" (Şotlandiya).

27 fevral

00:00. "Bolonya" (İtaliya) - "Brann" (Norveç);

00:00. "Selta Viqo" (İspaniya) - PAOK (Yunanıstan);

00:00. "Genk" (Belçika) - "Dinamo Zaqreb" (Xorvatiya);

00:00. "Nottingem Forest" (İngiltərə) - "Fənərbağça" (Türkiyə).

Xəbər lenti

Xəbər lenti