...

Barselonada turist vergisi gündə 15 avroya çatdırılır

Dünya xəbərləri Materials 26 Fevral 2026 08:05 (UTC +04:00)
Barselonada turist vergisi gündə 15 avroya çatdırılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Barselona şəhərində turistlər üçün vergi 1 günə 15 avroya çatdırılır. Şəhər Avropada turistlərə ən yüksək ödəniş tətbiq edən məkanlardan biri hesab olunur.

Trend xəbər verir ki, məqsəd turist axınını azaltmaq və mənzil böhranını həll etməkdir.

Kataloniya parlamentinin qərarına əsasən, turistlər üçün gündəlik oteldə qalma vergisinin maksimal həddi apreldən etibarən 15 avro müəyyən edilib. Hazırda bu rəqəm 7,5 avrodur.

Son illər regionda turistlərdən narazılıq artıb. Yerli sakinlər iddia edirlər ki, turist axını şəhərdə mənzil böhranına səbəb olub.

Barselona parlamentinin daha əvvəl qəbul etdiyi qərara görə, 2028-ci ildən etibarən mənzillərin qısa müddətə kirayə verilməsi qadağan olunacaq.

Xəbər lenti

Xəbər lenti