...

Piter Navarro "Apple"ın baş icraçı direktorunu ittiham etdi

Dünya xəbərləri Materials 26 Fevral 2026 06:57 (UTC +04:00)
Piter Navarro "Apple"ın baş icraçı direktorunu ittiham etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Piter Navarro, "Apple"ın baş icraçı direktoru Tim Kuki istehsal prosesini ABŞ-yə köçürmək barədə yalan danışmaqda ittiham edib.

Trend xəbər verir ki, bu barədə "New York Post" yazıb.

Navarronun sözlərinə görə, Donald Trampın ilk prezidentliyi dövründə Tim Kuk “iPhone” istehsalının Çindən ABŞ-yə köçürüləcəyini vəd etsə də, bu baş verməyib. O əlavə edib ki, şirkət rəhbəri eyni mövqeni yenidən səsləndirir.

Bundan əvvəl Tim Kuk “Apple”ın ABŞ-də istehsala sadiq olduğunu və ilin sonunda Hyustonda “Mac mini” kompüterlərinin istehsalına başlanacağını açıqlamışdı.

Qeyd olunur ki, Donald Tramp ABŞ-dən kənarda istehsal olunan “iPhone”lara 25 faiz rüsum tətbiq edəcəyini bəyan etmişdi. Hazırda Appleın əsas istehsal müəssisələri Çin, Hindistan və Vyetnamda yerləşir.

Bəzi hesablamalara görə, istehsalın ABŞ-yə köçürülməsi “iPhone”un yerli bazarda qiymətini təxminən üç dəfə artıra bilər.

Xəbər lenti

Xəbər lenti