Bakı. Trend:
Slovakiyanın şimal-şərqindəki Yüksək Tatras dağlarında qar uçqunu nəticəsində iki xizəkçi həlak olub.
Trend xəbər verir ki, bu barədə "Markiza" telekanalı məlumat yayıb.
Qəza 25 fevral günortadan sonra baş verib. Hadisə yerinə helikopterlə aparılan və şahidlər tərəfindən çağırılan xilasedicilər bir neçə metr qarın altından çıxarılan xizəkçilərə tibbi yardım göstərməyə uğursuz cəhd göstəriblər.
Slovakiyanın Dağ Xilasetmə Xidməti qəfil istiləşmə nəticəsində qar əriməsinin sürətlənməsi səbəbindən dağlarda qar uçqunları riskinin artması barədə xəbərdarlıq edib.
