...

Aston Martin işçi heyətinin 20 faizini ixtisar etməyi planlaşdırır

Turizm Materials 26 Fevral 2026 08:39 (UTC +04:00)
Aston Martin işçi heyətinin 20 faizini ixtisar etməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın avtomobil istehsalçısı Aston Martin xərcləri azaltmaq məqsədilə işçi qüvvəsinin 20 faizədək hissəsini ixtisar etməyi planlaşdırır. Hazırda şirkətdə təxminən 3 000 nəfər çalışır.

Trend xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin yekunlarına əsasən, istehsalçının xalis zərəri 363,9 milyon funt sterlinqə (491,5 milyon ABŞ dolları) çatıb. Halbuki bir il əvvəl bu göstərici 289,1 milyon funt (390,3 milyon dollar) təşkil etmişdi.

Şirkət maliyyə vəziyyətinin pisləşməsini avtomobillərə tələbatın azalması, eləcə də ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarının mənfi təsiri ilə əlaqələndirib.

Aston Martin işçi sayının azaldılması hesabına 40 milyon funtadək (54 milyon dollar) vəsaitə qənaət etməyi gözləyir. İxtisarların konkret olaraq nə vaxt həyata keçiriləcəyi isə açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti