...

Trampın xüsusi elçisi İranla danışıqlar üçün Cenevrəyə çatıb

Dünya xəbərləri Materials 26 Fevral 2026 10:05 (UTC +04:00)
Trampın xüsusi elçisi İranla danışıqlar üçün Cenevrəyə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidentinin Xüsusi Elçisi Stiven Uitkoff İsveçrəyə səfər edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Cenevrədə o ABŞ nümayəndə heyətinin sədri olaraq nüvə böhranının nizamlanması ilə bağlı İran-ABŞ danışıqlar prosesinin üçüncü raundunda iştirak edəcək.

İrandan olan nümayəndə heyətinə isə ölkənin XİN rəhbəri Abbas Əraqçinin başçılıq edəcəyi gözlənilir.

Qeyd edək ki, Uitkoff ötən həftə də İsveçrəyə səfər etmişdi. Həmin vaxt o ABŞ-ni Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqlarda (ABŞ, Ukrayna, Rusiya) təmsil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti