...

Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları

Cəmiyyət Materials 26 Fevral 2026 19:55 (UTC +04:00)
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Ramazan ayının 9-cu günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 27-də Bakıda imsak saat 05:53-də, iftar isə saat 18:43-dədir.

Ramazan ayının 9-cu gününün duası:

"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".

Tərcüməsi:

"İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!"

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti