...

Bu halda övlad valideynə aliment ödəməlidir - Əks halda məhkəməyə verilə bilər

Cəmiyyət Materials 26 Fevral 2026 15:39 (UTC +04:00)
Bu halda övlad valideynə aliment ödəməlidir - Əks halda məhkəməyə verilə bilər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ali Məhkəmə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.

Trend xəbər verir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.

Bildirilib ki, valideynlərin uşaqlarına münasibətdə şəxsiyyət hüquqlarına yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək hüququ da aiddir.

Valideynin əmək qabiliyyəti olmadığı hallarda yetkinlik yaşına çatmış uşaqlardan aliment və əlavə xərclər almaq hüququ özü-özlüyündə əmlak hüquqlarıdır. Bu hüquqların pozulması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə də nəticələnə bilər.

Ailə qanunvericiliyində uşağın öz valideynləri və ailənin digər üzvləri tərəfindən maddi cəhətdən saxlanılmaq, habelə onlardan qanunla müəyyən olunmuş qaydada və miqdarda aliment və əlavə xərc almaq hüququ, vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma və s. kimi əmlak hüquqları da təsbit edilib. Bu hüquqlarının pozulması da şəxsiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.

Valideynlik hüquqlarından məhrum edilmə əsaslarından alimentin qəsdən ödənilməməsi, habelə valideynin xronik alkoqolizm və narkomaniya xəstəsi olması uşağın şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olduğu halda, mənəvi zərərlə nəticələnə bilər.

Qeyd edək ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərarı yalnız mülki qaydada vahid məhkəmə təcrübəsinin tənzimlənməsi üçündür. Orada yazılan hüquqazidd əməllər, qadağalar və məsuliyyət mülkidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti