...

Azərbaycan banklarının xalis xarici aktivləri xalis daxili aktivlərini 1,2 dəfə üstələyir

İqtisadiyyat Materials 26 Fevral 2026 15:23 (UTC +04:00)
Azərbaycan banklarının xalis xarici aktivləri xalis daxili aktivlərini 1,2 dəfə üstələyir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 26,648 milyard manat təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 803,4 milyon manat (3,1%) çox, ötən ilin fevralın 1-nə nisbətən isə 1,670 milyard manat (-5,9%) azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 21,539 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,5 milyard manat və ya 10,3% az, ötən ilin fevralın 1-nə nisbətən isə 4,3 milyard manat və ya 24,5% çoxdur.

Beləliklə, bu ilin fevralın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri xalis daxili aktivlərini 5,1 milyard manat və ya 1,2 dəfə üstələyib.

Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 56,936 milyard manat, cəmi öhdəlikləri 49,529 milyard manat, balans kapitalı 7,407 milyard manat olan 22 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti