...

Rusiyalı hərbçilər Ermənistan-Türkiyə sərhəd məntəqəsindən çıxarıldı

Dünya xəbərləri Materials 26 Fevral 2026 17:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan hökuməti Rusiyalı sərhədçilərin Ermənistan-Türkiyə sərhədində yerləşən “Axurik” nəzarət buraxılış məntəqəsindən çıxarıldığını rəsmən təsdiqləyib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Ermənistan hökumətinin 2025-ci il proqramının həyata keçirilməsi ilə bağlı təqdim olunan hesabata əsasən, hazırda həmin məntəqədə yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət aparır.

“2025-ci il martın 1-dən etibarən Ermənistan–Türkiyə dövlət sərhədində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsi tam şəkildə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları ilə komplektləşdirilib. 2026-cı ilin əvvəlindən isə Ermənistan–Türkiyə dövlət sərhədində yerləşən “Axurik” sərhəd-keçid məntəqəsi də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qüvvələri ilə təmin olunub. Hazırda dövlət sərhədimizdə (Türkiyə ilə) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tam nəzarətində olmayan heç bir (fəaliyyət göstərən) sərhəd-keçid məntəqəsi qalmayıb”, – deyə hesabatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti