...

Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığın artırılması müzakirə edilib

İqtisadiyyat Materials 26 Fevral 2026 16:34 (UTC +04:00)
Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığın artırılması müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Fintex Assosiasiyasına (AzFina) üzv olmayan təşkilatların nümayəndələri ilə görüşüb.

Görüş çərçivəsində fintex ekosisteminin institusional inkişaf istiqamətləri, eləcə də rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub.

Müzakirə zamanı Mərkəzi Bank tərəfindən maliyyə texnologiyaları sektorunun inkişafını dəstəkləyən prioritet istiqamətləri və strateji təşəbbüsləri olan Açıq bankçılıq, paylanılmış “Öz müştərini tanı” konsepsiyası və “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, AÖS ödənişlər sisteminin yaratdığı imkanlar və xüsusi tənzimləmə rejiminin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin təşkilatların qarşılaşdığı çətinliklər dinlənilib, təşkilatların birgə fəaliyyətinin və qarşılıqlı kommunikasiyasının gücləndirilməsinin zəruriliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti