...

Türkiyədə terror hücumları planlaşdıran 4 şübhəli saxlanıldı

Dünya xəbərləri Materials 26 Fevral 2026 17:15 (UTC +04:00)
Türkiyədə terror hücumları planlaşdıran 4 şübhəli saxlanıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə xüsusi xidmət orqanları İstanbulun strateji əhəmiyyətli obyektlərində partlayışlar və silahlı hücumlar planlaşdıran 4 şübhəlini həbs edib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir.

Həbs olunan şəxslər DHKP-C terror təşkilatının üzvləri olmaqda şübhəli bilirlər.

Terror planlaşdıran şəxslərin ifşasının fevralın 3-də MİT (Milli Kəşfiyyat Təşkilatı) və polis bölmələri ilə birgə Türkiyənin 22 vilayətində Marksist-Leninist Kommunist Partiyasının gizli şəbəkələrinə qarşı genişmiqyaslı əməliyyatın məntiqi davamı və nəticəsi olduğu qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti