...

Azərbaycanda yanvar ayında bankomatlar vasitəsilə aparılan əməliyyatların göstəriciləri açıqlandı

İqtisadiyyat Materials 26 Fevral 2026 13:13 (UTC +04:00)
Azərbaycanda yanvar ayında bankomatlar vasitəsilə aparılan əməliyyatların göstəriciləri açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının ən yüksək sayı 12,374 milyon əməliyyat və bu əməliyyatların ümumi dəyəri 3,049 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına isitnadən xəbər verir

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatlar vasitəsilə nağd pul çıxarışı əməliyyatlarının sayı 1,246 milyon əməliyyat və ya 9,1% azalıb, əməliyyatların həcmi isə 53 milyon manat və ya 1,8% artıb.

2025-ci ilin yanvar ayında Azərbaycanda bankomatlar vasitəsilə ən çox nağd pul çıxarışı13,620 milyon əməliyyatla ümumilikdə 2,996 milyard manat təşkil edib.

Qeyd edək ki, yanvar ayının vəziyyətinə görə Azərbaycanda bank sistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 176 min ədəd artaraq 22 milyon 156 min ədədə çatıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artıb.

Debet kartların sayı 13,3% artıb, kredit kartların sayı isə 7,6% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti