Bakı. Trend:
Türkiyənin Balıkəsir vilayətində baş vermiş “F-16” qıcısının qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar məlum olub.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Balıkesir şəhərində yerləşən 9 saylı Hava Bazasında yerləşən 191-ci Kobra bölməsinin “F-16” döyüş təyyarəsi Yunanıstanla sərhəddə hava məkanına nəzarət məqsədilə fövqəladə uçuş üçün havaya qalxıb.
Məlumata görə, qalxdıqdan 3 dəqiqə sonra reaktiv döyüş təyyarəsi İstanbu-İzmir magistralının kənarında çırpılıb və pilot mayor İbrahim Bolat hadisə nəticəsində şəhid olub.
Şəhid pilotun təyyarənin düşməsindən saniyələr əvvəl katapult edib, lakin paraşütünün yerə yaxın məsafədə açılması səbəbindən havada dolmadığı məlum olub.
Qəhrəman Pilot Bolatın təyyarəni son ana qədər idarə etməyə çalışdığı və çox işlək olan avtomobil yoluna düşməməsi üçün mübarizə apardığı bildirilir.
Təyyarənin avtomobil yoluna 10 metr qalmış düşməsi böyük faciənin qarşısını alıb.
