Bakı. Trend:
Cari ilin yanvar ayına olan vəziyyətə görə Azərbaycanda bankların və “Azərpoçt” ASC-nin sistemləri vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176 min artaraq 22 milyon 156 min ədəd təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11 faiz artıb.
“Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 % artmışdır. 2026-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,687 mln. manat təşkiletmişdir.
Həyata keçirilən nağdsız ödənişlərin 6,600 mln. manatı elektronticarətin payına düşür. Qalan məbləğin 1,085 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı üzrə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70.6%-ni təşkil etmişdir”,-deyə AMB məlumatında qeyd olunur.
