...

Manatın dövretmə sürəti azalıb

İqtisadiyyat Materials 26 Fevral 2026 15:11 (UTC +04:00)
Manatın dövretmə sürəti azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,84 bənd təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin yanvarın 1-i ilə müqayisədə 0,36 bənd və ya 11,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,42 bənd və ya 12,9% azalıb.

Belə ki, bu ilin yanvarın 1-nə manatın dövretmə sürəti 3,20 bənd, ötən ilin fevralın 1-nə isə 3,26 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti