...

Azərbaycan banklarının yanvar ayında ümumi aktivlərinin həcmi açıqlandı

İqtisadiyyat Materials 26 Fevral 2026 11:28 (UTC +04:00)
Azərbaycan banklarının yanvar ayında ümumi aktivlərinin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri 56,936 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,845 milyard manat və ya 7,2 faiz çoxdur.

Hesabat dövründə bankların məcmu öhdəlikləri 49,529 milyard manat, balans kapitalı isə 7,407 milyard manat olub.

Beləliklə, 2026-cı ilin yanvar ayında bankların məcmu öhdəlikləri 6,7 faiz, balans kapitalı isə 10,7 faiz artıb.

Qeyd edək ki, 31 yanvar 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların sayı 22, onların filiallarının sayı 504, şöbələrinin sayı 85, bankomatların sayı isə 3 498 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 27 235 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti