Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə yeni kredit qoyuluşlarının cəmi məbləği 2,530 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95,1 milyon manat və ya 3,9% çoxdur.
Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 2,339 milyard manatını milli valyutada (manat) kreditlər təşkil edib.
Milli valyutadakı yeni kreditlərin 577,2 milyon manatı qısamüddətli, 1,762 milyard manatı isə uzunmüddətli olub.
Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 191 milyon manatı isə xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 154,1 milyon manatı qısamüddətli, 36,9 milyon manatı isə uzunmüddətli kreditlər olub.
2025-ci ilin fevralın 1-nə olan göstəricilərlərə müqayisədə 2026-ci ilin fevralın 1-nə milli valyutada qoyulmuş yeni kreditlər 82,2 milyon manat və ya 3,6%, xarici valyutada qoyulmuş yeni kreditlər isə 12,8 milyon manat və ya 7,2% artıb.
Beləliklə, dövr ərzində manatla cəmi yeni kredit qoyuluşları xarici valyutadakıları 2,148 milyard manat və ya 12,2 dəfə üstələyib.
