...

BNMİ-dən əməliyyat: 51 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)

Hadisə Materials 26 Fevral 2026 12:07 (UTC +04:00)
BNMİ-dən əməliyyat: 51 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti tədbir zamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb.

Bildirilib ki, onun idarə etdiyi avtomobil və paytaxt ərazisində gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İran vətəndaşının tapşırığı ilə deyilən ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti