...

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Siyasət Materials 26 Fevral 2026 16:43 (UTC +04:00)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Trend xəbər verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti