...

İsveçrədə İran-ABŞ nüvə proqramı ilə bağlı növbəti danışıqlar prosesi başlayıb

Dünya xəbərləri Materials 26 Fevral 2026 12:30 (UTC +04:00)
İsveçrədə İran-ABŞ nüvə proqramı ilə bağlı növbəti danışıqlar prosesi başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması istiqmaətində danışıqların üçüncü raundu öz işinə başlayıb.

Trend xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlarda vasitəçi rolunu Omanın XİN rəhbəri Bədr Əl-Busaidi yerinə yetirir.

ABŞ nümayəndə heyətinə Ağ Ev rəhbərinin Xüsusi elçisi Stiven Uitkoff, İrandan olan nümayəndə heyətinə isə İranın XİN rəhbəri Abbas Əraqçi rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti