Bakı. Trend:
Nyu-York Şəhər Polis Departamenti fevralın 24-də Manhettendə yerləşən Vaşinqton Skver parkında keçirilən kütləvi qartopu döyüşü ilə bağlı araşdırma aparacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin NyuYork şəhərinin meri Zöhran Məmdani bildirib.
Qeyd edək ki, qartopu döyüşündən sonra ərazidə olan insanlar polis əməkdaşlarını kütləvi şəkildə qartopu atəşinə tutmuşdu.
Mer buna baxmayaraq şəhərdə qartopu döyüşlərini qadağan etməyi planlaşdırmadığını deyib.
“Bu videoları gördükdən sonra deyə bilərəm ki, fikrimcə, bu, nəzarətdən çıxmış qartopu döyüşü idi və insident uyğun şəkildə qiymətləndirilməlidir”, -deyə mer bildirib.
Faktla bağlı araşdırma aparılır, hadisə ilə əlaqədar iki şübhəli axtarışa verilib.
