...

Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2026 11:47 (UTC +04:00)
Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin əməkdaşları abidə önünə tər gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsi ehtiramla yad ediblər.

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.

Bu dəhşətli faciənin dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Xocalı soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıya dəfələrlə səfərlər edərək, yenidənqurma işləri ilə tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçiriblər. Belə ki, dövlət başçısı tərəfindən Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməli də qoyulub.

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş kütləvi qırğın aktıdır. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, yüzlərlə insan itkin düşüb. 8 ailə tamamilə məhv edilib.

Bu qanlı faciə beynəlxalq hüquq normalarına zidd olaraq bəşəriyyətə və insanlığa qarşı cinayət kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti