...

Ata-baba yurdlarımıza qayıtmaq soydaşlarımızın tarixi haqqıdır - İcma sədri

Cəmiyyət Materials 26 Fevral 2026 12:03 (UTC +04:00)
Ata-baba yurdlarımıza qayıtmaq soydaşlarımızın tarixi haqqıdır - İcma sədri
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hədəfimiz, əsas məqsədimiz atababa yurdlarımıza qayıtmaqdır. Bu, soydaşlarımızın tarixi haqqıdır.

Trend xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Bakıdakı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün artıq işğaldan azad olunmuş suveren ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır:

"Xocalı bu gün yenidən abadlaşdırılır. Qarabağda ermənilər tərəfindən yerlə-yeksan edilmiş kəndlərimiz bərpa olunur və məcburi köçkünlərimiz 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda da bizim ata-baba mülklərimiz, torpaqlarımız var və Qərbi Azərbaycan qaçqınları da bir gün öz doğma yurdlarına qayıdacaqlar. Biz buna əminik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti