...

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi artıb

İqtisadiyyat Materials 26 Fevral 2026 16:45 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 526,043 milyon manat təşkil edib.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 0,433 milyon manat və ya 0,1% az, ötən ilin eyni dövrünə nisbətən isə 51,373 milyon manat və ya 10,8% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,83%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 525,599 milyon manatı milli valyutada, 444 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin fevralın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 2,1 milyon manat və ya 7,9% azalaraq, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,6 milyon manat və ya 2,5 dəfə artaraq 24,414 milyon manata bərabər olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,51% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 15,554 milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 550,457 milyon manata çatıb.

Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 29,980 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 83 milyon manat və ya 0,3% az, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,5 milyard manat və ya 9% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti