Bakı.Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki ədəd “P-8A Poseidon” sualtı qayıqlara qarşı patrul təyyarəsi İranın cənubunda yerləşən Fars körfəzi üzərində kəşfiyyat uçuşları həyata keçirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya resursunun məlumatlarında qeyd olunub.
Təyyarələr Bəhreyndə yerləşən Şeyx İsa aviabazasından havaya qalxıb.
Bir neçə saat davam edən əməliyyat zamanı onlar İranın bütün sahil xətti boyunca - Hörmüz boğazınadək uçuşlar həyata keçiriblər.
