...

Bu halda dövlət qulluqçuları vaxtından əvvəl pensiyaya çıxa bilər

Cəmiyyət Materials 27 Fevral 2026 09:02 (UTC +04:00)
Bu halda dövlət qulluqçuları vaxtından əvvəl pensiyaya çıxa bilər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ombudsman dövlət qulluçularının pensiya stajı ilə bağlı yeni təkliflə çıxış edib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına salınması təklif edilir.

Qeyd edək ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısı “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti