...

ABŞ-İran danışıqları gələn həftə Vyanada davam etdiriləcək

Dünya xəbərləri Materials 27 Fevral 2026 00:06 (UTC +04:00)
ABŞ-İran danışıqları gələn həftə Vyanada davam etdiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ-ın texniki nümayəndə heyətləri martın 2-də Vyanada məsləhətləşmələrə başlayacaq, danışıqların növbəti raundu isə bir həftə ərzində keçiriləcək.

Trend xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.

O bildirib ki, dünən ABŞ təmsilçiləri ilə Cenevrədə keçirilən görüş indiyədək baş tutan ən ciddi danışıqlardan biri olub.

Əraqçinin sözlərinə əsasən, Cenevrədə keçirilən müzakirələr zamanı tərəflər mühüm irəliləyiş əldə edib və mümkün gələcək sazişin əsas komponentlərini müzakirə etməyə başlayıblar.

Xəbər lenti

Xəbər lenti